İlham Əliyevin yerli telekanallara müsahibəsi Ukrayna mətbuatında işıqlandırıldı - FOTO

Hazırda oxunan: İlham Əliyevin yerli telekanallara müsahibəsi Ukrayna mətbuatında işıqlandırıldı - FOTO

173037

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Ukrayna mediasında geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısının fikirləri “Ukrinform”, “RBK-Ukrayna”, “Antikor”, “Yevropeyskaya Pravda” və digər kimi nüfuzlu informasiya agentliyi, xəbər portallarında geniş yayımlanıb.

Ukrayna KİV-ləri Prezident İlham Əliyevin Ermənistanla sülh danışıqlarına dair fikirlərə xüsusi önəm verib. Qeyd olunub ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlamaq üçün əsas şərait yaradıblar. İrəvan zəmanət istəyir, lakin Bakı buna ehtiyac görmür.

“Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”, - Ukrayna KİV-ləri dövlət başçımızın fikirlərinə istinadla yazır.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin