“Bəy hamamı”nda çimənləri polis bayıra çıxartdı

Hazırda oxunan: “Bəy hamamı”nda çimənləri polis bayıra çıxartdı

17299

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin