Dünyanın maraqla gözlədiyi görüşdə nələr müzakirə OLUNACAQ? – Elmar Məmmədyarovun ŞƏRHİ

Hazırda oxunan: Dünyanın maraqla gözlədiyi görüşdə nələr müzakirə OLUNACAQ? – Elmar Məmmədyarovun ŞƏRHİ

172977

Xəbər verdiyimiz kimi yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutacaq.

Görüş üçün Putin Türkiyəyə səfər edəcək. Səfərlə bağlı danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinlə Ərdoğan arasında hər zaman ünsiyyətə ehtiyac var:

“Bu cür təmasları ilk növbədə Rusiya Federasiyası ilə Türkiyə arasında ikitərəfli münasibətlər baxımından mühüm hadisədir”.

İki ölkə liderinin görüşündə təbii ki, Azərbaycan üçün də maraqlı olan məsələlər müzakirə ediləcək.

Bəs, Putinlə Ərdoğan arasında görüşdə müzakirə ediləcək məsələlər hansılardır?

Suala sabiq xarici işlər naziri Elmar Məmmədyarov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Türkiyə ilə Rusiya arasında müzakirə ediləcək çox məsələ var:

“Bu məsələlər həm Beynəlxalq, həm regional və həm də ikitərəfli münasibətlərlə bağlıdır. Ona görə də Rəcəb Tayyib Ərdoğanla Vladimir Putini gərgin müzakirələr gözləyir.

Yəqin ki, Putin bu səfəri çərçivəsində "Akkuyu" Atom Elektrik Stansiyasının açılışında da iştirak edəcək. Qəzzada baş verənlər, Cənubi Qafqazdakı sülh danışıqları və eləcə də Ukrayna müharibəsi əsas müzakirə predmeti kimi görünür.
Təbii ki, “Taxıl dəhlizi” də müzakirə olunacaq məsələlər sırasındadır. Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi-mədəni əlaqə ilbəil dərinləşir”.

Elmar Məmmədyarov hesab edir ki, Rusiya-Ukrayna müharibəsi də əsas müzakirə predmetlərindən biridir:

“Lakin Putin-Zelenski görüşünün baş tutması üçün zamanın yetişdiyini hesab etmirəm. Bu səbəbdən də, Ərdoğanın bu məsələdə vasitəçi olacağını düşünmürəm. Bu prosesin başlamasına hələ çox var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin