Notariuslar ev alan şəxslərdən gəlir deklorasiyası TƏLƏB EDİR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Notariuslar ev alan şəxslərdən gəlir deklorasiyası TƏLƏB EDİR? – RƏSMİ AÇIQLAMA

172967

İki gün öncə sosial şəbəkələrdə və bəzi saytlarda məlumat yayıldı ki, artıq daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələb olunur. Təbii ki, xəbər ciddi ajiotaja səbəb oldu.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, yayılan informasiyalarla bağlı araşdırma aparıb:

“Hətta Ədliyyə Nazirliyindən mövcud qanunvericiliyi də mənə göndərdilər. Orada tam deklarasiya tələb olunmur. Amma qanunvericiliyə əsasən böyük məbləğdə pul dövriyyəsi olarsa, onda pulun mənbəyi barədə soruşulur.

Bu banklarda da, digər sferalarda da belədir. Həmçinin notarial qaydalarda da belədir ki, vəsait külli miqdarda olanda vətəndaşdan soruşulur ki, bu pul necə əldə olunub. Vətəndaş da izahın verir ki, evimi satmışam, kənd təsərrüfatından qazanmışam və yaxud Rusiyadan və digər dövlətlərdən əldə eləmişəm. Amma reallıq ondan ibarətdir ki, bu suallara cavab verə bilməyən vətəndaşlar çox zaman alqı-satqıdan vaz keçirlər”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan informasiya həqiqəti əks etdirmir: “Belə bir məcburi qayda yoxdur. Daha ətraflı məlumatı isə yaxın günlərdə açıqlayacağıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin