Rusiyada ''qanuni oğru''lar titullarından imtina edirlər – Putinin təklifi onları qorxuya salıb

Hazırda oxunan: Rusiyada ''qanuni oğru''lar titullarından imtina edirlər – Putinin təklifi onları qorxuya salıb

17296

Rusiya həbsxanalarında və istintaq təcridxanalarında bir neçə cinayət patronu “qanuni oğru” rütbəsindən imtina edib.

Bizim.Media xəbər verir ki, məlumatı “Dürüst dedektiv” Telegram kanalı yayıb.

Mənbə yazır ki, onlar bu haqda Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikova məktub yazıblar.

Tituldan imtina edənlərin əksəriyyəti narkotik, qətl və cinayət iyerarxiyasında yüksək vəzifə tutduqları üçün cəza çəkirlər. 

Eyni zamanda belə məhkumlar arasında tez-tez bu statusa qaytarılanlar da var.

Bundan əvvəl də Rusiyada kriminal aləmin lideri Zaxari Kalaşovun Rusiyada tutulmasından və cəzalandırılmasından sonra bir çox ''qanuni oğru'' Vladimir Putin tərəfindən Cinayət Məcəlləsi üçün təklif edilən "Cinayət iyerarxiyasında ən yüksək vəzifənin tutulması” adlı yeni maddənin (210.1) cavabdehliyindən yaxa qurtarmaq istəyib. 

Maddə 8 ildən 15 ilədək həbs cəzası və 5 milyon rubla qədər cərimə nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin