Canına qıyan tələbənin oxuduğu universitetdən ABSURD AÇIQLAMA – “Kəsiri olub, dərsə gəlməməyi önəmli deyil”

Hazırda oxunan: Canına qıyan tələbənin oxuduğu universitetdən ABSURD AÇIQLAMA – “Kəsiri olub, dərsə gəlməməyi önəmli deyil”

172945

Xəbər verdiyimiz kimi, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb. 

Tələbə yoldaşlarının bildirdiyinə görə, Raqib Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb. İddialara görə üçüncü kurs tələbəsinin də məhz intihar etməsinə səbəb imtahanlardan olan kəsiridir.

Hələki aidiyyəti qurumların məsələ ilə bağlı rəsmi açıqlaması yoxdur.

Tələbənin davamiyyət problemi və intihar səbəbinin də məhz bu, olduğu iddia edildiyi üçün Azərbaycan Turizm və Menecment Universiteti ilə əlaqə yaratdıq. 

Universitetin mətbuat katibi Sədaqət Turabova tələbənin davamiyyət və imtahan kəsiri ilə bağlı məsələyə toxunmasa da, Bizim.Media-nın suallarına absurd cavablar verib:

“Həmin tələbənin kəsiri olub-olmayıb, dərsə gəlib-gəlməyib, bunlar önəmli deyil. Biz tələbənin ölüm səbəbini dəqiqləşdirə bilməmişik, çünki ailə bizə konkret heç nə deməyib. Aldığımız məlumat budur ki, tətil vaxtı – yəni yanvarın 6-da Raqif Qədimov rayonda olub və səhər durub görüblər ki, özünü asıb. İnformasiya bir mənbədən gedir və biz ona fokuslanırıq.

Tələbənin ailəsi ilə danışmaq, niyə ölüb, dərsə gəlibmi-gəlməyibmi, bunları işıqlandırmaq ictimaiyyət üçün nəsə verəcəkmi?

Prokurorluqdan məlumat gəldikdən sonra, biz də ictimaiyyəti məlumatlandıracağıq”, - deyə əlavə edib.  

Onu da bildirək ki, mediada özünə qəsd edən tələbənin Qobustan rayonunun Sündü kənd sakini, bəzi xəbər portallarında isə Şamaxı rayonu Pirbəyli kəndindən olduğu bildirilir. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin