“İskəndər- M”in atılmasında  Rusiyanın da, Ermənistanın da öz marağı var” - Politoloq nələri açıqladı? - VİDEO

Hazırda oxunan: “İskəndər- M”in atılmasında  Rusiyanın da, Ermənistanın da öz marağı var” - Politoloq nələri açıqladı? - VİDEO

17288

““İskəndər -M” təxminən 500 km dən atılan bir raketdir. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin versiyasından biri də odur ki, guya bu raket oğurlanıb. Əgər bu raket Rusiyanın ərazisində oğurlanıbsa  hərbi hissədə fiksə edilə bilməzdimi?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Arzu Nağıyev “ARB 24”-də yayımlanan “İş vaxtı” verilişində söyləyib.

Deputatın fikrincə, bu raket Azərbaycan və Rusiya münasibətini korlamaq üçün Gümrüyə qədər gətirilib.

“Məhz Gümrü ətrafında ermənilər bunu atıb. Yəni  bunun konkret Rusiyadan atılması məsələsi o qədər də inandırırcı deyil”,- deyə A.Nağıyev vurğulayıb.

Politoqun sözlərinə görə, məsələdə hər dövlətin öz marağı var:

“Ermənsitan maraqlıdır ki, desinlər  Rusiyadan atılıb və Azərbaycanla rəsmi Moskvanın münasibətləri korlansın. Rusiyanın da  marağı var ki, ərazisindən raketlərin oğurlanması məsələsi  gündəmdə olsun. Azərbaycan tərəfi isə doğrunu bilmək istəyir- bunu bizə rus atıb, yoxsa erməni?”

Xəyalə Həsənova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin