Leyla Abdullayeva: “Fransa vətəndaşı Azərbaycanda casusluq ittihamı ilə həbs edilib”

Hazırda oxunan: Leyla Abdullayeva: “Fransa vətəndaşı Azərbaycanda casusluq ittihamı ilə həbs edilib”

172632

“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Azərbaycanda həbs olunub”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlamasında deyib. 

“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib", - Azərbaycan səfiri Leyla Abdullayeva bildirib. 

Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. 

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin