İsrailin Azərbaycandakı səfirliyi Azərbaycana başsağlığı verib. 
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında bildirilib. 
 
MÖVZU İLƏ BAĞLI:
Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO
"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi.
Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",-bildirilib. 
Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib. 

Bizim.Media
 






























































































