Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Rəsmilər yanğın yerinə getdilər – FOTO
“İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, - deyə baş prokuror qeyd edib.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
Bizim.Media