FHN Perinatal Mərkəzdən təxliyyə görüntülərini paylaşıb.
Bizim.Media xatırladır ki, yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.
Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
Bizim.Media