Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq

Hazırda oxunan: Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq

172385

Yaponiya hökuməti Ukraynaya yardım çərçivəsində pilotsuz uçuş aparatları (PUA) aşkarlama sistemlərinin əldə edilməsi üçün 37 milyon dollar ayıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yoko Kamikava ukraynalı həmkarı Dmitri Kuleba ilə Kiyevdə baş tutan görüşü zamanı bildirib.

Kamikavanın sözlərinə görə, Yaponiya hökuməti 37 milyon dollar vəsaiti NATO fonduna göndərəcək.
Qeyd edək ki, Tokio Ukraynada hərbi münaqişə gərginləşəndən indiyə qədər Kiyevə 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.

Xatırladaq ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Avropa və Şimali Amerika ölkələrinə səfərləri çərçivəsində bu gün gözlənilmədən Ukraynaya gedib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin