İsrail Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsi və anklavda saxlanılan girovların azad edilməsi də daxil olmaqla, əsas məqsədlərini başa çatdırana qədər Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacaq.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Üç ay əvvəl HƏMAS dəhşətli qətliam törətdi. Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükəsiz olmasını təmin etmək üçün müharibəyə başlamağı əmr etdi. Müharibə o vaxta qədər - biz bütün bu məqsədlərə çatmayanadək dayandırıla bilməz”, - deyə Netanyahu qeyd edib.
Baş nazir ofisinin yaydığı videodakı çıxışında Netanyahu vurğulayıb ki, İsrail Livanla sərhəddə gərginliyin olduğu həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir: "Biz HƏMAS-a heç bir yerdə toxunulmazlıq vermirik və həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək üçün mübarizə aparırıq. O vaxta qədər hər şeyi bir kənara qoymalı və tam qələbə qazanana qədər birlikdə hərəkətə davam etməliyik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:50 / 07.01.2024
Netanyahu son nöqtəni qoydu: “Qəzzada əməliyyat dayandırılmayacaq”
Hazırda oxunan: Netanyahu son nöqtəni qoydu: “Qəzzada əməliyyat dayandırılmayacaq”
Hazırda oxunan: Netanyahu son nöqtəni qoydu: “Qəzzada əməliyyat dayandırılmayacaq”
172299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.