MSK sədri: “37 ölkədə 49 seçki məntəqəsi yaradılıb”

Hazırda oxunan: MSK sədri: “37 ölkədə 49 seçki məntəqəsi yaradılıb”

172245

“Ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib. 

O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.

Qeyd edək ki, sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır.

Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin