Dövlət Turizm Agentliyi banket üçün 3 ton ərik arağı alıb? — RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Dövlət Turizm Agentliyi banket üçün 3 ton ərik arağı alıb? — RƏSMİ AÇIQLAMA 

172203

Dövlət Turizm Agentliyi tenderlə 3 ton ərik arağı alması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Agentlik bu bununla bağlı məlumatı təkzib edib:

“Bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimi təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub. Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”. 

Dövlət Turizm Agentliyi media nümayəndələridən istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş edib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin