Ermənipərəst müğənni məhkəməyə VERİLİR 

Hazırda oxunan: Ermənipərəst müğənni məhkəməyə VERİLİR 

172171

Əslən Ukraynadan olan rusiyalı müğənni Lyubov Uspenskaya “Birinci Kanal”da Yeni il şənliyi zamanı ifa olunan “Po polyuşku” mahnısına görə məhkəməyə verilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “mk.ru” bəstənin söz və musiqi müəllifi Natalya Lapinaya istinadən xəbər verir.

Lapinanın sözlərinə görə, o, Uspenskayaya Yeni il şənliyində “Po polyuşku” mahnısını ifa etməyə icazə verməyib.

“O, artıq üç ildir ki, müəllif hüquqlarını həyasızcasına pozaraq mənim hitimi oxuyur. Fakt budur ki, Uspenskaya müəllifə pul ödəməyi lazım görmür”, - deyə bəstəkar gileylənərək, vəkilinin tezliklə sənətçiyə və kanala müəllif hüquqlarının pozulması ilə bağlı iddia göndərəcəyini bildirib.

Lapina bildirib ki, Uspenskaya bütün konsertlərdə mahnını oxuyur, lakin müəllif buna görə heç bir qonorar almır.

“Mənə dedilər ki, bu dəfə efirə çıxan kanal heç olmasa bəstənin müəllifini, yəni məni göstərib. Uspenskayaya gəlincə, onun “Po polyuşku”nun müəllif hüququ yoxdur, ona görə də bu mahnını son vaxtlar onun pulunu ödəyən başqa sənətçilər ifa ediblər” - deyə Lapina bildirib.

Mahnı və musiqi müəllifi artıq Uspenskayanı 2021-ci ildə məhkəmə ilə hədələyib.

Qeyd edək ki, ermənipərəst mövqeyi və Azərbaycanı təhqir etməsi ilə səs-küyə səbəb olan Lyubov Uspenskayanın 2022-ci ildə Bakıda konserti ləğv edilmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin