Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 mln. manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, proqnoza 121,1% əməl edilib.
"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı qeyri neft-qaz sektorunun payına düşür", - nazir qeyd edib.
Bizim.Media
2021-ci ilin 1-ci rübündə #dövlətbüdcəsinə #vergi daxilolmaları 2085,73 mln. manat təşkil edib. Proqnoza 121,1% əməl edilib. Birinci rübdə #büdcəyə əlavə #daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı #qeyrineft-qaz sektorunun payına düşür.#EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 8, 2021