Almaniyada HƏYƏCAN SİQNALI: İŞİD terrorçuları “Ukraynalı qaçqın” kimi ölkəyə axın edirlər

Hazırda oxunan: Almaniyada HƏYƏCAN SİQNALI: İŞİD terrorçuları “Ukraynalı qaçqın” kimi ölkəyə axın edirlər

172133

“İslam Dövləti”nin (İŞİD terror təşkilatı) Orta və Mərkəzi Asiya ölkələrindəki tərəfdarları və üzvləri Ukraynadakı döyüş bölgəsində istifadə etməklə Almaniyaya getdikcə daha çox gəlməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Onlar Almaniyaya əsasən “Ukraynalı qaçqınlar” adı altında gəlirlər. Gələnlərin çoxu İŞİD-in Pakistan, İran, Əfqanıstan və Orta Asiyadakı qruplaşmasının üzvləri, eləcə də Xorasan şəhərindəki təşkilatın üzvü olan Tacikistan vətəndaşlarıdırlar ki, onlar da məhz bu sxemdən və saxta sənədlərdən istifadə edərək gəlirlər.

Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələri iddia edir ki, Almaniyaya qaçqın adı altında gələn İŞİD tərəfdarları həm Almaniyada, həm də digər ölkələrdə terror aktları və hücumlar planlaşdıra bilərlər.

Artıq bir neçə aydır ki, bütün Avropada döyüş hazırlığı vəziyyəti hökm sürür. Təkcə Almaniyada islamçılar üç dəfə dəhşətli terrora cəhd ediblər.

Xatırladaq ki, dekabrın 23-də Avstriya, Almaniya və İspaniyanın təhlükəsizlik orqanları islamçı terror qruplaşmasının Yeni il gecəsi və Milad bayramında bir neçə terror aktı hazırladığını bildirdilər. 
Almaniyada İŞİD tərəfdarı olmaqda şübhəli bilinən 4 nəfər Köln kilsəsinə hücum planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb, lakin onlardan üçü sonradan sərbəst buraxılıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin