Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu toyların birində yenidən birgə səhnə alıblar.
Bizim.Media xəbər verir ki, məclisdə qonaq olan meyxanaçı Rəşad Dağlının övladları Yusif və Bətül duet ortaqlarının çıxışı zamanı səhnəyə çıxıblar.
Onlar Kazımova və Qaraçuxurlu ilə xatirə fotolar çəkdiriblər.
Qeyd edək ki, Rəşad Dağlı hazırda həbsxanadadır. Qonşusunu qətlə yetirdiyinə görə söz xiridarı 9 il 6 ay həbs cəzası alıb.
Rəşad Əliyev, Bizim.Media