“Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
Hikmət Hacıyev bildirib ki, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır:
“Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin (2023-cü ilin - Red.) noyabrında Azərbaycan-Ermənistan sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılaşmanı da müsbət əlamət kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli formatda əldə olunub”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:10 / 04.01.2024
"Sülh sazişi delimitasiyadan asılı olmamalıdır" - Prezidentin köməkçisi
Hazırda oxunan: "Sülh sazişi delimitasiyadan asılı olmamalıdır" - Prezidentin köməkçisi
Hazırda oxunan: "Sülh sazişi delimitasiyadan asılı olmamalıdır" - Prezidentin köməkçisi
172041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.