Rusiya Dumasından ÇAĞIRIŞ: “Xarici brendlər qanunla qorunsun”

Hazırda oxunan: Rusiya Dumasından ÇAĞIRIŞ: “Xarici brendlər qanunla qorunsun”

171976

“Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, Rusiya Federasiyasında qalmağa qərar verən xarici şirkətlərin hüququ qanunla qorunmalıdır. Buna görə də Rusiya əks-sanksiyaları inkişaf etdirməlidir”.

Bizim.Media “İzvestiya”-ya istinadən xəbər verir ki, bu barədə Liberal Demokrat Partiyasından olan Dövlət Dumasının deputatı Aleksey Didenko açıqlama verib.

Onun fikrincə, ölkənin qidadan tutmuş tikinti texnikasına qədər müxtəlif ticarət nişlərində yüzlərlə məşhur brenddən imtina etməsi mənasızdır: 
“Onlar dedilər ki, xaricdən gələn təzyiqlər olsa belə, Rusiyanı tərk etmək istəmirlər. Biz də onlara bu təzyiqdən qorunmaq üçün vasitələr verməliyik”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin üç xarici şirkət Rusiyada qeydiyyatdan keçdikdən sonra onlara qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bunlar Rusiyanın qızıl mədən şirkəti “Polyus”-un əsas səhmdarı “Wandle Holdings Limited”, “PhosAgro”-da səhmlərə sahib olan “Adorbella” və “Clovis Enterprises” şirkətləridir.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin