Xırdalandakı partlayış və Şuşada tapılan "İskəndər-M"... - "Azərbaycanda önəmli dəlillər var"

Hazırda oxunan: Xırdalandakı partlayış və Şuşada tapılan "İskəndər-M"... - "Azərbaycanda önəmli dəlillər var"

17197

"Bakının raketlə atəşə tutulması xəbərləri gəzirdi. Xırdalan tərəfdə böyük partlayış olmuşdu. Bildirildi ki, Azərbaycana təzyiq məqsədilə atılan raket havadaykən məhv edilib. Heyf ki, ətraflı məlumatımız yoxdur. Onu bilirik ki, böyük partlayış olub. Mütəxəssislər isə 3 partlayışın olduğunu iddia edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda Nyu-Yorkda olan azərbaycanlı analitik Ərəstun Oruclu "YouTube" kanallarından birinə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə edib? - VİDEO


Analitik əlavə edib ki, həmin raketlər 2020-ci il 10 noyabr tarixində artıq müzakirə olunurdu:

"Güman edilirdi ki, o partlayışlara səbəb məhz “İskəndər” raketləridir. 30 mart tarixində Şuşada tapılan “İskəndər-M” raketləri isə sırf Rusiya ordusu üçün nəzərdə tutulub. Amma Moskva hələki susur. Peskov buna iki anlaşılmaz münasibət bildirib. 

İndi də insanları bir sual düşündürür ki, Şuşaya “İskəndər”lə atəş açılıb? Bəli, Şuşaya “İskəndər” raketi atılıb.

Çünki raketlə bağlı suallara Rusiya rəsmiləri yox, nədənsə bir qrup ekspert müxtəlif versiyalarla cavab verməyə çalışırlar. Deyirlər ki, guya bu raketlər Suriyanın İdlibində tapılıb və s.

Burda iki variant var. Ya Kreml həmin “İskəndər”i Ermənistana verməklə orta mənzilli raketlər barədə beynəlxalq razılaşmanı kobudcasına pozub. Ya da Rusiya o raketləri öz ərazisindən Şuşaya atmaqla Azərbaycana müharibə elan edib. 

Bütün bunlara heç bir Rusiya rəsmisi münasibət bildirmir".

Analitikin fikrincə, Azərbaycanın əlində sözügedən raketlə bağlı daha önəmli dəlillər var.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin