Neftçalada 3-4 oğlan tərəfindən zorlandığı bildirilən qız sığınacağa yerləşdirildi – KOMİTƏ 

Hazırda oxunan: Neftçalada 3-4 oğlan tərəfindən zorlandığı bildirilən qız sığınacağa yerləşdirildi – KOMİTƏ 

17192

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Neftçala rayonunda 9-cu sinif şagirdinin zorakılığa məruz qalması hadisəsi ilə əlaqədar aidiyyəti qurumlarla birgə faktın ətraflı araşdırılması istiqamətində işləri davam etdirir.

Komitənin mətbuat katibi Teymur Mərdanoglunun Bizim.Media-ya verdiyi məlumata görə  6 aprel 2021-ci il tarixində Komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri, Neftçala rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin də iştirakı ilə yetkinlik yaşına çatmayan qızla, eləcə də anası ilə görüş keçirib.

Onların psixososial durumu qiymətləndirilib.


“Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınıb. Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib. 

Təcavüzə məruz qalmış qız 2 qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə dövlət himayəsinə alınıb. Bu istiqamətdə işlər gedir. 

Xatırladaq ki, bələdiyyə üzvü Vəfa Nağı sosial şəbəkə hesabında Neftçala rayonunda Mirqurbanlı kəndində 9-cu sinif şagirdinin üç-dörd oğlan tərəfindən zorlanaraq kənddə yolun kənarına atıldığını yazıb. O qeyd edib ki, həmin qız bağlı qapı arxasında saxlanılır və çölə buraxılmır. 

Daha sonra Daxili İşlər Nazirliyi məlumatla bağlı araşdırmalara başlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov media sorğusuna cavab olaraq bildirib ki, rayonun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib.  

Dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib, izahatı alınıb.

Lakin o, qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü bildirib. Buna baxmayaraq vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna göndərilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin