İsrailin öldürdüyü HƏMAS-ın ikinci adamının DOSYESİ - FOTO

Hazırda oxunan: İsrailin öldürdüyü HƏMAS-ın ikinci adamının DOSYESİ - FOTO

171894

İsrail pilotsuz uçuş aparatları ilə Livanın paytaxtı Beyrutun cənub hissəsinə endirdiyi zərbə nəticəsində HƏMAS-ın ikinci şəxsi hesab edilən Saleh əl-Aruri öldürülüb. Bundan sonra həm Livanla İsrail sərhədində, həm İordan çayının Qərb sahilində vəziyyət daha da gərginləşib. İsrail hələ ki, Salehin öldürülməsinə görə məsuliyyəti üzərinə götürməyib. Livan isə BMT-yə müraciət edərək İsraili müstəqil dövlətin ərazisində terror aktı həyata keçirməkdə suçlayıb.

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, Saleh əl-Aruri haqda maraqlı faktları oxuculara təqdim edir. 

Saleh Aruri 1966-cı il avqustun 19-da İordaniyanın Qərb sahilində- Rəmallahda anadan olub.

1985-ci ildə şəriət hüququnu öyrənmək üçün Hebron Universitetinə daxil olub. O, universitetdə HƏMAS-ın gənclər qanadı ilə əlaqələr qurub. Aruri bu əlaqələr sayəsində HƏMAS-ın universitetdə əsas adamı olan Muin Şahiblə tanış olub və tezliklə Hebronda HƏMAS-ın hərbi qanadının maliyyələşdirilməsi ona həvalə edilib.

1990-cı ilin noyabrında Aruri İsrail hakimiyyəti tərəfindən həbs olunub. O, cəmi altı ay həbsdə yatıb, lakin azadlığa çıxdıqdan sonra tezliklə yenidən saxlanılıb və bu dəfə çox ağır cəzaya məhkum edilib. O, HƏMAS-dakı liderlik roluna görə 15 il həbsdə yatıb.

Azadlığa buraxıldıqdan sonra da İsrail hakimiyyəti onu yenə nəzarətində saxlayıb və 2007-ci ildə həbs edib. Amma HƏMAS tərəfindən əsir götürülən İsrail əsgəri Gilad Şalitin azad edilməsində həlledici rol oynadığı üçün 2010-cu ilin martında sərbəst buraxılıb.

Aruri daha sonra Qəzza zolağından deportasiya olunub, çünki onun mövcudluğunu İsrail özü üçün təhlükə hesab edib. Bu səbəbdən o, Suriyanın paytaxtı Dəməşqə köçüb və burada Xalid Maşalin başçılıq etdiyi HƏMAS-ın Siyasi Bürosuna qoşulub.

Suriyada vətəndaş müharibəsi başlayanda Xalid Maşal Dəməşqi tərk edib, Aruri də İstanbula köçüb və burada HƏMAS-ın İstanbul bürosunu qurub.

2015-ci ilə qədər Aruri Türkiyədə yaşayıb. Həmin ilin dekabrında isə o, gözlənilmədən Türkiyəni tərk edərək Livana gedib. İddialara görə, onun Türkiyəni tərk etməsi Təl-Əvivlə Ankara arasında barışıq səylərinin bir hissəsi olub. O vaxtdan Aruri Livanda yaşayıb.

Aruri HƏMAS Siyasi Bürosunuin tərkibində rəsmi görüşlərdə iştirak edib. 2012-ci ilin oktyabrında o, Qətər əmirinin Qəzza zolağına səfəri zamanı qəbulda iştirak edib.

İddialara görə, Aruri İstanbulda HƏMAS-dan müstəqil fəaliyyət göstərib və bununla da çoxlu liderlərdən ibarət olan HƏMAS-da mövcud liderlik problemlərini daha da gücləndirib. Ümumiyyətlə, HƏMAS-ın Türkiyə qolu bütövlükdə hərəkatın nəzarəti olmadan müstəqil qərarlar qəbul edirmiş.
Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutundan Metyu Levittin fikrincə, Aruri “Həmasın İordan çayının Qərb sahilindəki terror şəbəkələrini canlandırmaq səylərinin arxasında duran əsas fiqur idi”.

Onun son illər əsas görəvlərindən biri İordan çayının Qərb sahilində HƏMAS-ın hərbi potensialının artırılmasına yönəlibmiş.

Ümumilikdə, Aruri həm Qəzzanın Qərb sahilində, həm də İordaniyada HƏMAS-ın bir neçə hərbi bölməsinə rəhbərlik edib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin