ABŞ prezident seçkilərinə qədər milyonlarla amerikalı internetsiz qala bilər. Bu, Əlçatan Rabitə Proqramı mərhələli şəkildə ləğv olunacağı təqdirdə baş verə bilər.
Bizim.Media xəbər very ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, 2020-ci ildə istifadəyə verilmiş məlum proqram maliyyə çatışmazlığı üzündən dayana bilər.
Əgər yaxın zamanlarda layihəni davam etdirmək üçün kifayət qədər vəsait tapılmazsa, onda proqram dayandırıla bilər. Nəticədə, 22 milyon aşağı gəlirli amerikalı davamlı internetdən məhrum olar.
Nəşr qeyd edir ki, proqramın dayandırılması çoxlu sayda aztəminatlı vətəndaşı hazırkı hakimiyyətdən uzaqlaşdıra bilər. Bu da o deməkdir ki, payızdakı seçkilərdə indiki hakimiyyət milyonlarla səsdən məhrum olacaq.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Demokrat Co Bayden və Respublikaçı Donald Trampın növbəti dəfə ölkədə əsas post uğrunda mübarizə aparacağı gözlənilir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:08 / 03.01.2024
İlin sonuna qədər 22 milyon amerikalı internetsiz qalacaq?
Hazırda oxunan: İlin sonuna qədər 22 milyon amerikalı internetsiz qalacaq?
Hazırda oxunan: İlin sonuna qədər 22 milyon amerikalı internetsiz qalacaq?
171869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.