Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Hazırda oxunan: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

171836

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Komanda növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Qeyd edək ki, yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin