Pakistan Baş naziri İmran Xan ölkədə qadınlara qarşı edilən təcavüz hadisələrinin olduqca artdığını dilə gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı CBS telekanalı yayıb.
O, bunu qadınların geyim tərzi ilə əlaqələndirərək "diqqəti önləmək" üçün onlara üst geyimlərini "ört-basdır" etmək məsləhətini verib.
"Purdah konsepsiyası diqqətdən yayındırmaqdır, ancaq hamının yayınmaq üçün iradəsi çatmır”, deyə o, qeyd edib.
Xan təvazökar geyim və ya cinsi ayrılıqdan bəhs edən bir termindən istifadə edib. Ölkə sakinləri Xanın şərhlərini "həqiqətə uyğun olmayan, həssas və təhlükəli" adlandırılıb.
Pakistanın İnsan Hüquqları Komissiyası Xanın açıqlamasından "şoka düşdüyünü" söyləyib:
"Bu anlaşılmazlıq ondan irəli gəlir ki, təcavüzün harada, niyə və necə baş verdiyinin səbəbini ortaya qoymaq əvəzinə günahı zorlananın üzərinə yıxırlar”.
Qadın Fəaliyyət Forumunun Karaçi şöbəsi Xanı "kobud və təhqiramiz ifadələrinə" görə üzr istəməyə çağırıb.
Pakistan cinsi zorakılıq şikayətlərinin nadir hallarda araşdırıldığı dərin mühafizəkar bir ölkədir.
Ölkənin əksəriyyəti “şərəf” kodeksi ilə yaşayır. Belə ki, ailələrinin "şərəfinə ləkə vuran" qadınlar zorakılığa və ya qətllərə məruz qalır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:33 / 08.04.2021
Pakistan baş naziri ölkədə qadınlara edilən təcavüzün səbəbini açıqladı: “Geyimdir”
Hazırda oxunan: Pakistan baş naziri ölkədə qadınlara edilən təcavüzün səbəbini açıqladı: “Geyimdir”
Hazırda oxunan: Pakistan baş naziri ölkədə qadınlara edilən təcavüzün səbəbini açıqladı: “Geyimdir”
17182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.