Ermənilər faşist Qaregin Njdeni dərsliklərində qəhrəman kimi təqdim edirlər.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai “X” hesabında yazıb.
O qeyd edib ki, ötən gün erməni gənclər tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası - red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar.
N.Arpadarai bildirib ki, ölkənin hər yerində faşist və irqçi Q.Njdenin abidələri və şəkilləri var:
“O, hətta Ermənistanda dərsliklərdə qəhrəman kimi təqdim olunur”.


Bizim.Media