Rusiyanın Xabarovsk diyarında maraqlı və qorxulu anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, pələng magistral yola çıxaraq xeyli vaxt tərpənmədən orada uzanıb.
Yırtıcı Lermontovka-Bikin yolunun üzərində olub. Dərhal ətrafa insan seli axın edıb.
Pələng heç nədən qorxmayıb və qaçmağa tələsməyib.
Növbəti dəqiqələrdə təhlükəni sovuşdurmaq üçün canlını yuxuya veriblər. Yaralı olub-olmadığını və ya sadəcə asfaltda dincəlmək qərarına gəldiyini ovçuluq nəzarətə götürüb.
Həmin anları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media