Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

Hazırda oxunan: Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

171696

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Regional Perinatal Mərkəzində dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, 2024-cü il yanvarın 1-də saat 09:50 də doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.

Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Nurlana Alıyeva təbii doğuşla körpəni dünyaya gətirib və bu ailənin üçüncü övladıdır. Doğuş həkim ginekoloq Məftunə Əlizadə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin