Rusiyanın Kamçatka yarımadasında yerləşən Kluçevskaya Sopka vulkanı aktivləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Belə ki, artıq vulkandan lavalar püskürməyə başlayıb. Bölgədə “narıncı təhlükə” vəziyyəti elan edilib. Yaxınlıqda yaşayan sakinlərin təxliyyəsinə start verildiyi bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Kamçatkadan heç də uzaqda yerləşməyən Yaponiyada 7,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələdən sonra ölkənin qərb sahillərini sunami vurub.
Bizim.Media