Yeni il depressiyasından necə qurtulmaq olar? – Psixoloqdan MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Yeni il depressiyasından necə qurtulmaq olar? – Psixoloqdan MÜHÜM AÇIQLAMA 

171658

İnsanlar bayramları, xüsusi günləri təntənə ilə qeyd etməyə xeyli müddət hazırlaşırlar. Xüsusilə, yeni ildə ən gözəl libaslarını geyinib, ən dadlı təamları stola düzüb, yüksək əhval-ruhiyyə ilə yeni təqvim ilini qarşılayırlar. Bəzi insanlar böyük planlarını gələcək ilə saxlayıb, o ildə arzularının reallaşacağını düşünürlər. 

Yeni təqvim ilinin ilk günü ciddi dəyişiklik görmədikdə, səs - küylü, əyləncəli bayram gecəsindən sonra sakitliyə qərq olanlar böyük ümidsizlik yaşayırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


İnsanlar bayramlara çoxmu məna yükləyirlər, yoxsa bu bayram sevincinin bitməsi hissidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, bu hal əsasən pessimist insanlarda yaşanır:

"Üç tip insan olur: realist, optimist və pessimist. Realistlər hər şeyə real yanaşır, optimistlər olanı həddən artıq böyüdürlər, pessimistlər isə həyatdan yaxşı bir şey gözləmirlər. Bayramdan sonra ümidin itməsi, depressiyaya girmək və gərginlik hissi ən çox pessimist insanlarda baş verir. Onlar onsuz da narahatdırlar, kimlərsə onları Yeni ilə həvəsləndirir, məna yükləyir, amma sonradan həyatı bu cür ümidsiz görür".

O hesab edir ki, hər şeyə real yanaşmaq lazımdır:

"Optimist insan üçün açılan hər səhər bayramdır. Realist olmaq lazımdır, bayramdır, yeni təqvim ili başlayır. Bəziləri həqiqətən yeni təqvim ilinə nəsə məna yükləyirlər, zərərli vərdişi olanlar bundan canlarını yeni ilin ilk günü qurtaracaqlarını deyirlər, evlənmək istəyənlər xoşbəxtliklərini həmin ilə saxlayırlar və s. İnsanlar təqvim ilini böyük ümid və təntənə ilə qarşılayırlar".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin