Elzanın bacısının "Paltarlar tikdim, pulunu vermədi" ittihamına Röyadan CAVAB - VİDEO

Hazırda oxunan: Elzanın bacısının "Paltarlar tikdim, pulunu vermədi" ittihamına Röyadan CAVAB - VİDEO

171461

Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan "Çıxış yolu" ictimai-sosial verilişində Xalq artisti Röya Ayxana illər əvvəl üç dəst libas tikdiyini, lakin bunun müqabilində qarşı tərəfin ona ödəniş etmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Röya "Evdəkilərə salam" verilişinin Yeni il buraxılışında qalmaqallı məsələyə aydınlıq gətirib.

"Elza xanımı çox sevirəm. Onu özümə böyük sayıram. İllər əvvəl onun evinə getmişdim ki, mənə mahnı yazsın. O qədər böyük sevgi ilə Elzagilə getmişdim ki, düşünürdüm ki, onun yazdığı mahnını oxusam, bəlkə ulduz olaram. Amma bu günlərdə onun ailəsindən olan bir qızın (Lalə Seyidcahanı nəzərdə tutur - red.) çıxıb bəzi sözlər deməsi, hər kəs bildi bu məsələni... Amma mən Elza xanımla danışanda, içimdə çox küsmüşdüm.

Bu gün sanki o məni yenidən dünyaya gətirdi. Elza xanım söylədi ki, “heç nədən narahat olma, hər şey yaxşıdır, hamının həyatında belə şeylər olur, ona görə də bunların üzərində keç”. Elza mənim böyüyüm olub. Yaşca, sənətcə bu deyil... Həyatda addımlar var...
Bəlkə biri çox başqa yerlərdə ola bilər, amma birinin hərəkəti daha böyük olar bilər. Düşünürəm ki, çox böyük ola bilərəm, amma özüm üçün heç nə edə bilmərəm. Amma dostlarım üçün canımdan da keçərəm", - deyə Xalq artisti Röya vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin