Rusiya XİN-dən Qarabağdakı sülhməramlıların taleyi ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Rusiya XİN-dən Qarabağdakı sülhməramlıların taleyi ilə bağlı MÜHÜM AÇIQLAMA

171377

“Ermənistanın Qarabağın Azərbaycana məxsus olduğunu tanımağa razılıq verməsindən sonra Rusiya Azərbaycan tərəfi ilə regionda öz sülhməramlılarının olması ilə bağlı bütün məsələləri nəzərdən keçirir”.

Bizim.Media “gazeta.ru” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

O xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağ zonasına göndərilib:

“Sənəd hələ ləğv edilməyib, ona görə də Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına qədər bölgədə qalmalıdır”.
Qaluzin əlavə edib ki, İrəvanın bölgənin Azərbaycan ərazisi olduğunu tanımaq qərarından sonra Qarabağda vəziyyət xeyli dəyişib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin