“Fransanın Ermənistanı silahlandırması əks-effekt verir” – Hikmət Hacıyev 

Hazırda oxunan: “Fransanın Ermənistanı silahlandırması əks-effekt verir” – Hikmət Hacıyev 

171366

“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.

“Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, - H.Hacıyev vurğulayıb.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin