20 yaşadək voleybolçu qızlardan ibarət millimiz Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək. 
Bizim.Media xəbər verir ki, millimiz yarışa hazırlıqlarını davam etdirir. 
Şahin Çatmanın rəhbərlik etdiyi komandamız məşq prosesini AVF-nin İdman zalında keçir. Təlim-məşq prosesinə yarışda iştirak edəcək 14 idmançı cəlb olunub. EEVZA çempionatı yanvarın 3-7-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq. Yığmamız yanvarın 2-də Litvaya yola düşəcək.
Qeyd edək ki, millimiz ilk oyununu yanvarın 3-də Estoniya komandasına qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
 

- A-
- A
- A+
İdman
							01:00 / 30.12.2023
							
						Gənc voleybolçularımız Avropa çempionatına hazırlaşır
						
							
								Hazırda oxunan: Gənc voleybolçularımız Avropa çempionatına hazırlaşır							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Gənc voleybolçularımız Avropa çempionatına hazırlaşır							
						171365
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































