Paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilir.
Metronun “20 Yanvar” stansiyasının yaxınlığında keçirilən sonuncu reyddə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:42 / 07.04.2021
“20 Yanvar” stansiyası ərazisində reyd - Dayanacaqlar boşaldıldı
Hazırda oxunan: “20 Yanvar” stansiyası ərazisində reyd - Dayanacaqlar boşaldıldı
Hazırda oxunan: “20 Yanvar” stansiyası ərazisində reyd - Dayanacaqlar boşaldıldı
17135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.