Şuşa şəhərində “ASAN xidmət” mərkəzinin binasının tikintisi yekunlaşma mərhələsindədir.
Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da “ASAN xidmət” mərkəzlərinin açılmasının planlaşdırıldığını bildirən sədr müavini hazırda bununla bağlı işlərin davam etdiyini söyləyib:
“Bəzi yerlərdə mərkəzlər üçün binanın tikinti işləri davam etdirilir, bəzilərində isə planlaşdırılır. Şuşa şəhərində mərkəzin binasının tikintisi aparılır və işlər yekunlaşma mərhələsindədir. Növbəti ildən Şuşada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.
Ağdam, Cəbrayıl və digər ərazilərdə də “ASAN xidmət” mərkəzləri üçün binaların tikilməsi ilə bağlı işlər planlaşdırılır. “ASAN xidmət” mərkəzləri hələ həmin ərazilərdə fəaliyyət göstərməsə də, əhalinin doğma yurdlarına qayıdışı ilə əlaqədar olaraq öz xidmətlərimizi səyyar formada Zəngilanda, Laçında vətəndaşlara çatdırırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:54 / 29.12.2023
Şuşada “ASAN xidmət” mərkəzi nə vaxt fəaliyyətə başlayacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Şuşada “ASAN xidmət” mərkəzi nə vaxt fəaliyyətə başlayacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Şuşada “ASAN xidmət” mərkəzi nə vaxt fəaliyyətə başlayacaq? – RƏSMİ AÇIQLAMA
171302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.