Fransadan növbəti RƏZİLLİK – Casusları ifşa olunan Parisin Bakıya absurd cavabının PƏRDƏARXASI

Hazırda oxunan: Fransadan növbəti RƏZİLLİK – Casusları ifşa olunan Parisin Bakıya absurd cavabının PƏRDƏARXASI

171128

Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsini ifşa olunmasından sonra rəsmi Paris şok yaşayır.

Rəzilliyin davamı…

Çünki özünün xüsusi xidmət orqanları və casus şəbəkəsi barədə hər zaman ağız dolusu danışan fransızların Azərbaycanın xüsusi orqanları tərəfindən ifşa olunması Paris üçün sözün həqiqi mənasında biabırçılıqdır.

Bu hadisə Azərbaycanın xüsusi xidmət orqanlarının nə qədər peşəkar olduğunu sübut etməklə yanaşı, Fransanın kəşfiyyatının və xüsusi xidmət orqanlarının nə qədər səriştəsiz olduğunun göstəricisidir.

Azərbaycanın qəfil və qəti həmləsi qarşısında pat vəziyyətində qalan rəsmi Paris heç bir adekvat addım ata bilmədi.
Yalnız dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb, ona xəbərdarlıq ediləndən sonra və Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunandan sonra Makron höküməti hərəkətə gəldi. Ötən gün Fransa Azərbaycanın iki diplomatını "persona non-grata" elan edib.

Fransanın “cavab”ı niyə effektiv deyil?

Çünki, Azərbaycan təkcə Fransanın 2 diplomatını “persona non-grata” elan etməyib, həm də Fransanın Avropadakı casus şəbəkəsini çökdürüb. Bu çöküşün iqtisadi-siyasi və mənəvi dəyəri təbii ki, ölçüyə gəlmir. Ona görə də Fransanın bundan sonra atacağı istənilən addım Azərbaycanın böyük uğuru qarşısında kölgədə qalacaq.

Fransanın 2 diplomatımızı “persona non-qrant” elan etməsi ən pozitiv ifadə elə təsəlliverici addımdır.

Son zamanlar dünyanın siyasi düzənində qlobal dəyişikliklər baş verir.

Dünyada yeni reallıqlar ortaya çıxır. Həmin reallıqları diqtə edən dövlətlərdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, Azərbaycan son 3 ildə regional güc kimi özünü dünyaya təqdim etməyi bacarıb.

Artıq əksər ölkələr bu reallıqla barışıb və Azərbaycanın yanında yer tutmağa qərar verib. Lakin Fransa kimi bəzi imperialist dövlətlər günün reallıqları ilə barışmaq istəmir. Rəsmi Paris təkcə Avropada deyil, bütün dünyada hegemon dövlət olmaq istəyir. Lakin fransızların bu istəyi reallıqlarla və müasir çağırışlarla üst-üstə düşmür.

Bu gün bütün dövlətlər özünə etibarlı və bərabərhüquqlu tərəfdaşlar axtarırlar. Fransa isə bu çağırışa cavab vermir. Çünki fransızlar digər dövlətlərə və xalqlara yuxarıdan aşağı və imperialist təfəkkürü ilə baxırlar.

Təbii ki, Fransa hakimiyyətinin stereotiplərdən əl çəkə bilməməsi onun özünə ciddi problemlər yaradır. Məsələn, hazırda əksər Afrika ölkələri Fransaya qarşı açıq şəkildə çıxış edirlər. Orta və Yaxın Şərqdə də fransızlara etimad tükənib.
Tükənmiş etibarını yenidən dirçəltmək üçün Makron hakimiyyəti kreativ və yeni yanaşma tərzi üzərində baş sındırmaq əvəzinə köhnə metodlardan istifadə edir. Məsələn, Fransa Cənubi Qafqaza soxulmaq istəyir. Amma bu istəyinin qarşılığında rəsmi Paris qarşı tərəflərin maraqlarını qətiyyən nəzərə almır.

Hətta Ermənistan belə Fransanın onlara gələcəkdə nə verəcəyini dəqiqləşdirə bilmir. Ona görə də Ermənistanın siyasi hakimiyyəti Rusiya ilə Fransa arasında seçim edib, son qərarı verə bilmir. Halbuki, Ermənistan iqtisadi və sosial cəhətdən Rusiyadan asılıdır. Bu gün Ermənistanın ayaqda qalmasının səbəbkarı Rusiyadır.

Bəs, Fransa Ermənistana nə verir?

Belə götürəndə heç nə… Məlum olduğu kimi Fransada güclü erməni diasporu var. Həmin diaspor Fransanın ictimai-siyasi həyatına güclü nüfuz edə bilir. Hətta Prezident və parlament seçkilərinin nəticəsinə də Fransadakı ermənilər təsir etmək gücündədir. Ona görə də Fransanın əksər siyasətçiləri, o cümlədən Makron erməni diasporunun əlində oyuncağa çevrilib.

“Oyunçaq Makron” höküməti erməni diasporasının dəstəyini itirməmək üçün Ermənstanı dəstəklədiyini demək məcburiyyətində qalır. Qeyri-səmimi və məqsədli addımlarsa çox zaman biabırçılıqla yekunlaşır. Necə ki, son günlər biz növbəti biabırçılığa şahidlik etdik.

Fransa təkcə casus şəbəkəsini itirmədi, həm də az-çox qalan etibarını itirdi. Bundan sonra hansısa Avropa ölkəsinin vətəndaşı Fransa ilə iş birliyindən çəkinəcək.

Çünki Fransa öz agentləri bir yana, heç diplomatlarını belə qoruya bilmir. Bu isə çox böyük diplomatik böhran və biabırçılıqdır. Fransanın yaxın gələcəkdə bu biabırçılığın altından çıxa biləcəyi isə heç də inandırıcı görünmür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin