Xalq artisti Aygün Kazımova 2023-cü ilin son günlərinə damğa vuracaq yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi musiqisi və sözləri Miroya aid “Bilmək olmaz” adlı mahnısını ekranlaşdırıb.
Kazımova klip üçün Türkiyəyə yollanıb. Ekran işi bir çox məşhurla işləyən Selim Akarın rejissorluğu ilə İstanbulda lentə alınıb. Pop divaya görə İstanbulda sahil, avtomobil məzarlığı və fabrik bağlatdırılıb. Klip süjet xətti ilə Hollivud filmlərini xatırladıb.
Rejissor bildirib ki, çəkiliş üçün Hollivud filmlərinin lentə alındığı texniki vasitələrdən istifadə olunub. Klipin rejissorluğu Varol Kaynar həvalə edilib. Ekran işində müğənninin tərəf müqabili obrazını Peris Hiltonun tanınmış fotomodeli Marian Draqan canlandırıb. O, çəkiliş üçün Türkiyəyə gəlib. Klip 12 saat içində çəkilib. Ümumilikdə isə çəkiliş məkanında 100 nəfərdən ibarət işçi heyəti yer alıb. Aygün Kazımovanın tərzi üzərində türkiyəli komanda və Berker Kuşku çalışıb.
Rəşad Əliyev, Bizim.Media