Nastya İvleyevanın “çılpaq” məclisindən xəbər tutan Putin QƏZƏBLƏNİB

Hazırda oxunan: Nastya İvleyevanın “çılpaq” məclisindən xəbər tutan Putin QƏZƏBLƏNİB

171109

Rusiya Prezidenti Vladimir Putin “Orel i reşka” səyahət verilişi ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleyevanın təşkil etdiyi qalmaqallı “çılpaq” gecədən xəbər tutub. 

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, səs-küyə səbəb olan və cəmiyyətdə neqativ qarşılanan hadisəyə Putin reaksiya bildirib.

Rusiya prezidenti hadisədən xəbər tutanda tədbir iştirakçılarına bildirilib ki, indi onların “böyük problemləri olacaq”. 
Məlumata görə, İvleyeva hazırda axtarışdadır. Onun bütün sahib olduğu bizneslərindən gəlirinin 600 milyon rubl (11 milyon manat) olduğu aydınlaşdırılıb və Federal Vergi Xidməti bunun nə qədərinin rəsmi olaraq qazanıldığını araşdırmağa başlayıb. Bu gün səhər saatlarında İvleyevaya qarşı yoxlamalar başlayıb və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın sözlərinə görə, baş verənlər cinayət işi ilə yekunlaşacaq. 

Qeyd edək ki, dekabrın 21-də Moskvanın “Mutabor” klubunda baş tutan “çılpar” şənlik yarıçılpaq və alt paltarında gələn məşhurlara baha başa gəlib. İctimai fəallar İvleyevanı və tədbirdə iştirak edən ulduzların hamısını cəzalandırmağa çağırış ediblər. Gecədə iştirak edən Filipp Kirkorov və Lolita Milyavskayanın Yeni İl televiziya şoularından çıxarılması tələb olunub. Partiyada LGBT təbliğatı aşkar edilib. Kirkorov, Dima Bilan, Kseniya Sobçak, Lolita Milyavskaya və İvleyevanın özü açıq şəkildə üzr istəyib, lakin bunun onlara kömək edib-etməyəcəyi hələ məlum deyil. İvleyevanın özü artıq böyük müqavilələrini itirib və Rusiyadan və xalqdan onu bağışlamağı xahiş edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin