“Mən xoşbəxt adamam ki, əldə etdiyim dostlar bu gün də yanımdadırlar. Sözsüz ki, bəzən olur ki, işdən çıxmış adamla əlaqə saxlamağa çəkinirlər”.
Bu fikirləri Bizim.Media-ya eksklüziv müsahibəsində sabiq mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Qeyd edək ki, Əbülfəs Qarayev 1994–2001-ci illərdə gənclər və idman naziri, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb, 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib. Ə. Qarayev 21 may 2020-ci ildə mədəniyyət naziri vəzifəsindən azad edilib.
Videomüsahibəni təqdim edirik:
Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media