Həkimdən MÜHÜM XƏBƏRDARLIQ – “COVİD-in yeni variantının yoluxuculuğu daha yüksəkdir”

Hazırda oxunan: Həkimdən MÜHÜM XƏBƏRDARLIQ – “COVİD-in yeni variantının yoluxuculuğu daha yüksəkdir”

171011

Koronavirus pandemiyası hələ də həyatımızdan tam olaraq çıxmayıb. Bəzi ölkələrdə virusun yeni varinatları yaranıb. COVID-19-un variantları yüksək yoluxdurma qabiliyyəti, xəstəliyin ağırlığı baxımından biri digərindən fərqlənib. 

“JN1” daha təhlükəlidir

Sonuncu “JN1” adlanan ştamm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini çəkməkdədir. Qurum ABŞ-da koronavirusun yeni ştammına yoluxmanın son iki həftədə iki dəfə artdığını açıqlayıb. Ölkədə virus infeksiyasına yoluxanların 44%-də məhz “JN1” aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4%-lik artım var. Əsas səbəb kimi amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb? – RƏSMİ AÇIQLAMA  


Bundan başqa, ştama yoluxanların dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan və Çində də aşkarlandığını bəyan edilib.

Ölkəmizdə koronavirusa yoluxan və ölənlərin sayında kəskin azalma görülsə də xüsusi karantin rejimi davam edir. Yəni virusla mübarizə çərçivəsində bəzi məhdudiyyətlər qalmaqdadır. Qarşıdan Yeni il gəlir və buna görə qeyri-iş günlərinin sayı artırılıb. 

İnsanlar iş günlərinin olmamasından istifadə edib ölkə daxilində və xaricində dincəlməyə can atırlar. Bu da dünyanın kabusuna çevrilən koronavirusun ölkəmizdə yenidən alovlanmasına gətirib çıxara bilər.

Azərbaycan üçün də təhlükə varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Mərdan Əliyev koronavirusun yeni ştammının yoluxuculuğunun yüksək olduğunu deyib:

““JN1” koronavirusun son variantlarından biridir. Aşkar olunduğu gündən sürətli artma tempindədir və yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bunu ÜST diqqət edilməsi lazım olan bir variant kimi qiymətləndirib və xəbərdarlıq edib. Biz həqiqətən də onun yoluxduruculuq qabiliyyətinin yüksək olduğunun şahidi oluruq. 

Hazırda həm ABŞ, həm Avropanın bəzi ölkələri, həmçinin, Hindistan, Çində yayılmaqdadır. Amma bunun virulent və patogenliyi, yəni xəstəlik törətmə qabiliyyətinin daha aşağı olduğu bildirilir, simptomları digər koronavirus ştamları ilə təxminən eynidir”.

Həkim hesab edir ki, yeni ştammın bir müddət sonra Azərbaycana gəlmə ehtimalı çoxdur:

“Özümüzü qorumaq lazımdır, çünki payız-qış mövsümü bu xəstəliklərdə yoluxucu və təhlükəli ola bilir. Azərbaycanda bu ştammın olduğu rəsmi qeyd olunmayıb, amma bir müddət sonra bizə gəlmə ehtimalı var. Bizə gəlsə də qorxulu bir şey yoxdur, çünki bizdə kollektiv immunitet formalaşıb. Yoluxa bilərik, amma xəstəlik sadə qrip formasında gedir. 

İnsanlar çox zaman xəstəxanaya da müraciət eləmirlər, çünki qriplə eyni simptomları var, buna görə də statistik məlumatlarda da öz əksini tapmır. 

Təbii ki, xaricə gedənlər buna diqqət etməlidirlər. Bundan ən yaxşı qorunma üsulu maskadır. Sosial məsafə və əl gigiyenasına riayət etmək kifayət edir ki, bu xəstəlikdən qoruna bilək. Əgər risk qrupuna daxil olan şəxslər varsa, peyvənd olunmalıdırlar. Hansı ölkədəki bu ştam var, həmin ölkəyə gedənlər öncədən peyvənd etdirə bilərlər. Ancaq bu yollarla yoluxmaların qarşısını almaq olar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin