Bakı şəhərinə bayram ərəfəsində satmaq məqsədi ilə külli miqdarda narkotik maddələr gətirən şəxs saxlanılıb.
Daxili işlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb.
Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703662907_658bd1e064a17658bd1e064a181703662048658bd1e064a14658bd1e064a16.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703662913_658bd1ecf3f0a658bd1ecf3f0b1703662060658bd1ecf3f08658bd1ecf3f09.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703662843_658bd1e05245a658bd1e05245b1703662048658bd1e052458658bd1e052459.jpg)
Bizim.Media