Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla Dağlıq Qarabağdakı vəziyyətin həlli məsələsini müzakirə edib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Çərşənbə günü Rusiya Federasiyasının Müdafiə Naziri, Ordu generalı Şoyqu ilə Ermənistan Respublikasının Müdafiə Naziri Arutyunyan arasında telefon danışığı oldu. Müdafiə nazirliklərinin rəhbərləri Dağlıq Qarabağdakı tənzimləmə ilə bağlı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər”. Açıqlamada belə deyilir.
Söhbət Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında Moskvada aprelin 7-də keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində baş tutub.
Daha əvvəl Putin və Paşinyanın çərşənbə günü Moskvada Dağlıq Qarabağdakı vəziyyəti, Rusiya-Ermənistan strateji tərəfdaşlığının inkişafını müzakirə etmək üçün danışıqlar aparacağı bildirilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
13:56 / 07.04.2021
Ermənistan və Rusiyanın müdafiə nazirləri Qarabağdakı vəziyyəti telefonla müzakirə etdilər
Hazırda oxunan: Ermənistan və Rusiyanın müdafiə nazirləri Qarabağdakı vəziyyəti telefonla müzakirə etdilər
Hazırda oxunan: Ermənistan və Rusiyanın müdafiə nazirləri Qarabağdakı vəziyyəti telefonla müzakirə etdilər
17091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.