“Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin özünün “X” hesabında paylaşımda qeyd edib.
Paylaşımda mina qurbanlarının statistikasını əks etdirən infoqrafika verilib.
İnfoqrafikada qeyd olunub ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub. Bu müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.
O, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib.
Landmine victims in Azerbaijan continue to grow. Yet another incident registered today. #landmines @ANAMA_gov_az pic.twitter.com/g7b4KrMtSD
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 26, 2023
Bizim.Media