Nazirlikdən qızılca ilə bağlı növbəti MÜRACİƏT 

Hazırda oxunan: Nazirlikdən qızılca ilə bağlı növbəti MÜRACİƏT 

170642

Avropa regionunda 2023-cü ilin əvvəllərindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılması davam etməkdədir. 

Səhiyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində qeydə alınan yoluxma hadisələrinin və epidemioloji vəziyyətin təhlili göstərir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. 

Belə yoluxma halları əsasən qızılca infeksiyasına qarşı həssas, yəni heç vaxt bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasında müşahidə edilir. 

Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən və qızılcaya yoluxmalara görə hazırda həssas hesab edilən 11- 40 yaşlı şəxslərin qızılca infeksiyasına qarşı peyvənd olunmasını vacib hesab edir. 

Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 
11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin