Bu yolun adı dəyişdirildi - Baş Nazirdən ƏMR 

Hazırda oxunan: Bu yolun adı dəyişdirildi - Baş Nazirdən ƏMR 

17063

Nazirlər Kabineti “Yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” 31 mart 2005-ci il tarixli qərarına dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov əmr imzalayıb.

Əmrə əsasən, Şamaxı rayonundakı “Şaqiyan yolu”nun adı “Günəşli yolu”na dəyişdirilib.

Bundan başqa, Azərbaycan hökumətinin “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 17 iyun 2014-cü il tarixli qərarında da dəyişiklik olunub.

Dəyişikliyə əsasən, “Saqiyan kənd kitabxana filialı” “Günəşli kənd kitabxana filialı”, “Saqiyan kənd Mədəniyyət evi” isə “Günəşli kənd Mədəniyyət evi” adlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin