PFL yarımçıq qalmış oyunla bağlı qərar verdi

Hazırda oxunan: PFL yarımçıq qalmış oyunla bağlı qərar verdi

170478

PFL yarımçıq dayandırılan Misli Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu ilə bağlı qərarı açıqlayıb. 

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, matçın təxirə salındığı və dekabrın 24-ü saat 12:00-da dayandırıldığı vaxtdan davam etdiriləcəyi bildirilib. 

"Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılıb. 
Peşəkar Futbol Liqası, hakimlər və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb" - deyə açıqlamada qeyd olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin