Azərbaycan bu il Rusiyaya 1 milyard dollardan çox qeyri-neft məhsulları İXRAC edib

Hazırda oxunan: Azərbaycan bu il Rusiyaya 1 milyard dollardan çox qeyri-neft məhsulları İXRAC edib

170386

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya 1 milyard 3.8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 22.4% çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Hesabat dövründə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 687.6 milyon dollar artaraq 3 milyard 952 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu dövrdə Azərbaycandan Rusiyaya ümumi ixrac 26% artaraq 1 milyard 83.6 milyon dollara, Rusiyadan ümumi idxal isə 19.3% artaraq 2 milyard 868 milyon dollara bərabər olub.
Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.35%-ə yüksəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin